...

Çin bu il dünya ölkələrinə 2 milyard vaksin tədarük edəcək

Dünya xəbərləri Materials 5 Avqust 2021 20:47 (UTC +04:00)
Çin bu il dünya ölkələrinə 2 milyard vaksin tədarük edəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Çin 2021-ci il ərzində dünya ölkələrinə 2 milyard vaksin tədarük edəcək.

Trend-in məlumatına görə, bunu Çinin dövlət başçısı Si Cinpin Koronavirus əleyhinə vaksinlər sahəsində əməkdaşlıq beynəlxalq forumunda deyib.

O bildirib ki, Çin pandemiya ilə qlobal mübarizə çərçivəsində inkişaf etməkdə olan ölkələrə yardımlarını davam etdirəcək.

Bundan başqa, qeyd olunub ki, Çin vaksinlərin paylanması üzrə COVAX qlobal mexanizminə 100 milyon dollar vəsait ayıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti