...

Türkiyədə daşqın - Ölən və itkin düşən var

Dünya xəbərləri Materials 11 Avqust 2021 12:31 (UTC +04:00)
Türkiyədə daşqın - Ölən və itkin düşən var

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin şimalındakı Bartın vilayətində baş vermiş daşqınlar nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər itkin düşmüş hesab edilir.

Trend-in məlumatına görə, daşqın Bartının Ulus rayonunda ciddi fəsadlar törədib.

Bartın-Karabük avtomobil yolu hərəkətə bağlanıb. Bəzi kəndlərdə dağılan evlərin qalıqları altından 20 nəfər xilas edilib.

Bəzi yaşayış məntəqələrini əlaqələndirən körpülər çöküb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti