...

BMT baş katibi Əfqanıstanda humanitar fəlakətin yaxınlaşdığını açıqlayıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2021 02:30 (UTC +04:00)
BMT baş katibi Əfqanıstanda humanitar fəlakətin yaxınlaşdığını açıqlayıb

Bakı. Trend:

İqtisadi vəziyyətin pisləşməsi Əfqanıstanı humanitar fəlakət təhlükəsi ilə üz-üzə qoyub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibi Antonio Quterreşin yaydığı bəyanatda deyilir.

Baş katib 18 milyon əfqanın - ölkə əhalisinin demək olar ki, yarısının - yardıma ehtiyacı olduğunu diqqətə çatdırıb. "Humanitar bir fəlakət qaçılmazdır", Quterreş deyib.

O, bütün tərəflərin Əfqanıstanda humanitar yardımın fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etməli olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti