...

Qəzza zolağından İsrail ərazisi istiqamətində raket atılıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2021 03:46 (UTC +04:00)
Qəzza zolağından İsrail ərazisi istiqamətində raket atılıb

Bakı. Trend:

Qəzza zolağından İsrail ərazisi istiqamətində raket buraxılıb. Həmin raket İsrailin hava hücumundan müdafiə sistemi ilə dəf edilib.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusu bildirib.

Məlumatda qeyd olunub: "Xəbər veririk ki, İsrailin cənubunda hava hücum sirenlərinin çalmasından sonra Qəzza zolağından İsrail ərazisinə raket atılıb. Raket "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti