...

Fransada məktəbliləri aparan avtobus qəzaya uğrayıb - Onlarla xəsarət alan var

Dünya xəbərləri Materials 16 Sentyabr 2021 14:07 (UTC +04:00)
Fransada məktəbliləri aparan avtobus qəzaya uğrayıb - Onlarla xəsarət alan var

Bakı. Orxan Nəbiyev - Trend:

Fransanın qərbindəki Şanje qəsəbəsində məktəbliləri aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 28 şagird xəsarət alıb.

Onlardan ikisinin xəsarətlərinin ciddi olduğu deyilir.

Qeyd olunur ki, avtobusda sürücü ilə yanaşı 48 uşaq olub. Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti