...

Afrikada koronavirusdan ölənlərin sayı 215 mini ötüb

Dünya xəbərləri Materials 18 Oktyabr 2021 06:29 (UTC +04:00)
Afrikada koronavirusdan ölənlərin sayı 215 mini ötüb

Bakı. Trend:

Afrikada koronavirusa yoluxanların sayı 8,42 milyonu ötüb.

Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, sentyabrın 5-i üçün Afrikada koronavirusa 8 426 107 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 215 467 nəfəri vəfat edib, 7 801 688 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə və Efiopiyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti