...

Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib

Dünya xəbərləri Materials 22 Oktyabr 2021 16:09 (UTC +04:00)
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Kərkük şəhəri yaxınlığında xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən biri hesab olunan Taybet Bilen və daha 2 terrorçu zərərsizləşdirilib.

MİT-in əməliyyatı Türkiyə-İraq sərhədindən 170 kilometr məsafədə həyata keçirilib.

Təşkilat PKK-nın rəhbər şəxslərinə qarşı əməliyyatları davam etdirdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti