...

İran və Pakistan XİN rəhbərləri Əfaqanıstandakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 27 Oktyabr 2021 05:27 (UTC +04:00)
İran və Pakistan XİN rəhbərləri Əfaqanıstandakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və ölkədə səfərdə olan Pakistana XİN rəhbəri Şah Mehmud Qureşi arasında görüş keçirilib.

Trend xəbər verir ki, Əfqanıstanla qonşu dövlətlərin nazirlərinin İranın paytaxtı Tehranda keçiriləcək toplantı ərəfəsində baş tutan görüş zamanı Əfqanəstandakı vəziyyət, habelə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Əmir Abdollahian qeyd edib ki, ölkəsi Əfqanıstanda bütün etnik qrupların iştirakı ilə inklüziv hökumətin qurulmasının hamımız üçün ən mühüm siyasi strategiya olduğuna inanır.

Pakistanlı nazir Qureşi bildirib ki, bu çətin günlərdə Pakistan Əfqanıstanın yanındadır. Nazir Əlavə edib ki, ölkəsi İranla bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə sadiqdir və İranı yaxın qonşu, mühüm ölkə hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti