...

ABŞ miqrantlara 1 milyard dollardan çox kompensasiya ödəyəcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2021 10:30 (UTC +04:00)
ABŞ miqrantlara 1 milyard dollardan çox kompensasiya ödəyəcək

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası keçmiş prezident Donald Trampın apardığı miqrasiya siyasəti nəticəsində ölkənin cənub sərhədini keçəndən sonra ailəsindən ayrılan miqrantlara kompensasiya ödənilməsi imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" yazır.

Məlumata əsasən, sözügedən kompensasiyalara büdcədən 1 milyard dollardan artıq vəsaitinin ayrılması planlaşdırılır.

Bildirilir ki, layihə ilə ölkənin Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Səhiyyə və Sosial Xidmətlər Nazirliyi məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti