...

Göyərtəsində 10 cəsəd olan miqrant qayığı Siciliya sahillərinə çatıb

Dünya xəbərləri Materials 19 Noyabr 2021 22:46 (UTC +04:00)
Göyərtəsində 10 cəsəd olan miqrant qayığı Siciliya sahillərinə çatıb

Bakı. Trend:

Aralıq dənizini keçməyə cəhd edərkən xilas edilən miqrantlarla dolu qayıq Siciliyaya çatıb.

Trend xəbər verir ki, qayıqda həmçinin 10 nəfərin cəsədi aşkarlanıb. Məlumata görə, ehtimal edilir ki, onlar qayığın aşağı göyərtəsində kəskin qoxulu bölmədə 13 saat qaldıqdan sonra boğularaq ölüblər.

Beynəlxalq sularda üç ayrı əməliyyatlar nəticəsində xilas edilən təxminən 186 nəfər İtaliyanın cənubundakı adada yerləşən Messina limanında düşəcək.

Əsasən Afrikadan olan miqrantlar arasında 61 azyaşlı var, ən gənci cəmi 10 aylıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti