...

Türkiyənin cənubunda PKK ilə əlaqəli 17 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 26 Noyabr 2021 10:38 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Adana vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatı ilə əlaqəli olan 17 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan şəxslərin PKK adından fəaliyyət göstərdikləri, təşkilatın sosial şəbəkələrdə təbliğatını apardıqları məlum olub.

Əməliyyat eyni zamanda Adanada bir neçə ünvan üzrə keçirilib.

Həmin şəxslər sorğu-sual olunması üçün polis bölmələrinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti