...

İndoneziyada vulkan püskürməsi nəticəsində 34 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Dekabr 2021 12:04 (UTC +04:00)
İndoneziyada vulkan püskürməsi nəticəsində 34 nəfər ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı artmaqda davam edir.

Trend-in məlumatına görə, ölənlərin sayı 34 nəfərə çatıb. Ötən gün 22 nəfərin öldüyü deyilirdi.

Daha 16 nəfər itkin düşüb. Bundan başqa, 50-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Bölgədə axtarış işləri davam etdirilir.

Qeyd edək ki, Semeru vulkanı dekabrın 4-də püskürüb. 3 676 metr hündürlüyü olan Semeru İndoneziyada aktiv olan 130 vulkandan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti