...

Rusiyada ticarət mərkəzində güclü yanğın (VİDEO)

Dünya xəbərləri Materials 21 Dekabr 2021 14:21 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Tomsk şəhərində ticarət mərkəzində güclü yanğın olub.

Trend-in məlumatına görə, yanğın 5 min kvadrat metrlik sahəni əhatə edib.

Ticarət mərkəzinin 3 500 kvadrat metrlik sahəsinin damı uçub. Binada olan bütün işçilər və müştərilər təxliyə olunub.

Ümumilikdə 200 nəfərin çıxarıldığı deyilir. Yanğının qarşısının alınması üçün 30-dan çox texnika cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti