...

Alyaskada güclü zəlzələ olub

Dünya xəbərləri 22 Yanvar 2022 09:51 (UTC +04:00)
Alyaskada güclü zəlzələ olub

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Alyaska ştatı sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti bildirib.

Qeyd olunur ki, zəlzələnin episentri 4 min əhalinin yaşadığı Unalaşka şəhərindən 87 kilometr şimal-şərqdə, yerin 3 kilometr dərinliyində olub.

Hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, ötən həftə Tonqada güclü vulkan püskürməsi nəticəsində sunami baş vermiş, fəsadlar Yaponiya və Amerika ölkələrinin sahillərində də qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti