...

Peru hökumətinin sədri koronavirusa yoluxub

Dünya xəbərləri 26 Yanvar 2022 07:04 (UTC +04:00)
Peru hökumətinin sədri koronavirusa yoluxub

Bakı. Trend:

Peru Respublikasının Nazirlər Şurasının sədri Mirta Vaskes koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin mətbuat xidmətindən bildiriblər.

"Nazirlər Şurasının sədri Mirta Vaskesin koronavirus testinin nəticəsi müsbət çıxıb. Baş nazirdə xəstəliyin yüngül simptomları müşahidə edilir, onun vəziyyəti stabildir", - deyə mətbuat xidmətindən qeyd ediblər.

Bildirilib ki, hökumət başçısı gücləndirici ("buster") doza da daxil olmaqla koronavirusa qarşı tam peyvənd olunub.

Qeyd edilir ki, Mirta Vaskes özünü təcrid edib və işini məsafədən davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti