...

Türkiyənin ətraf mühit naziri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 9 Fevral 2022 23:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

Ömər Çelik nazirin koronavirus testinin müsbət çıxdığını deyib və ona tezliklə sağalmasını arzulayıb.

Türkiyə Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyindən bildiriblər ki, nazir xəstəliyi yüngül keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti