...

Taliban nümayəndə heyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb

Dünya xəbərləri Materials 12 Fevral 2022 03:35 (UTC +04:00)
Taliban nümayəndə heyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb

Bakı. Trend:

Cenevrəyə səfər edən Taliban hərəkatının nümayəndə heyəti dünya ictimaiyyətini Əfqanıstan əhalisinə yardım etməyə çağırıb.

Trend xəbər verir ki, Geneva Call QHT saytında dərc edilmiş bəyanatda Taliban ölkədə humanitar fəaliyyəti təşviq etməyə və humanitar işçilərin müdafiəsini təmin etməyə razılıq verib.

Hərəkatın təyin etdiyi səhiyyə naziri Qələndər İbadın başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq ictimaiyyətə müraciət edərək, yardımın heç bir fərq qoyulmadan qeyri-siyasi, qərəzsiz və müstəqil şəkildə gəlməsini təmin etmək üçün humanitar təşkilatları dəstəkləməyə çağırıb. Əfqan nümayəndələri yardımın çatdırılması məsələlərinin həllində şəffaf qarşılıqlı fəaliyyətin tərəfdarı olduqlarını bildiriblər.

Onlar sərhədlərin açıq saxlanmasının vacibliyini vurğulayıblar və yardım ləvazimatlarının çatdırılması üçün Talibanın təhlükəsiz dəhlizlər yaratmaq səylərində kömək gözlədiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti