...

Rio-de-Janeyroda polisin iştirakı ilə baş verən atışmada 8 nəfər həlak olub

Dünya xəbərləri Materials 12 Fevral 2022 07:31 (UTC +04:00)
Rio-de-Janeyroda polisin iştirakı ilə baş verən atışmada 8 nəfər həlak olub

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində polislə narkotik alverində şübhəli bilinən şəxslər arasında baş verən atışmada 8 nəfər həlak olub.

Trend xarici KİV-lərər istinadən xəbər verir ki, onlarla polis əməkdaşı narkotik alverində şubhəli bilinən şəxsin tutulması üçün Rionun şimalında yerləşəm Vila Cruzeiro favellasına gəlib. Təslim olmaqdan imtina edən şəxslərlə polis arasında təxminən üç saat davam edən atışmada səkkiz nəfər həyatını itirib.

Yerli polis idarəsinin rəisi bildirib ki, əməliyyat uğurla başa çatıb və ölənlərin hamısı cinayətkar olub.

Buna baxmayaraq, saxlanılması nəzərdə tutulan şəxs hadisə yerindən qaçaraq təqibdən yayınmağa müvəffəq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti