...

ABŞ Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyaları nəzərdən keçirir - "Bloomberg"

Dünya xəbərləri Materials 26 Fevral 2022 19:52 (UTC +04:00)
ABŞ Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyaları nəzərdən keçirir - "Bloomberg"

Bakı. Trend:

ABŞ Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

Mənbələrin sözlərinə görə, bu addım Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatdan əvvəl topladığı iddia edilən 643 milyard dollar ehtiyatı hədəfləyir. Bildirilir ki, bu məsələ ilə bağlı məsləhətləşmələr ABŞ-da bu ilin yanvar ayından aparılır.

Bununla belə, "Bloomberg"in mənbələrinə görə, maliyyə tənzimləyicisinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti