...

BƏƏ koronavirusla bağlı yumşalmalar tətbiq edir

Dünya xəbərləri Materials 27 Fevral 2022 10:49 (UTC +04:00)
BƏƏ koronavirusla bağlı yumşalmalar tətbiq edir

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklər açıq havada maska taxmaq və COVID-19-a yoluxanlarla təmasda olanlar üçün məcburi karantin tələbini ləğv edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ölkəyə gələn tam peyvənd edilmiş sərnişinlər artıq PCR testləri verməyəcək.

"İqtisadiyyat və turizm sektorları üçün sosial məsafə tələbi ləğv edilir, lakin qapalı yerlərdə maska ​​taxmaq tələbi hələ də qüvvədədir",- BƏƏ Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi qurumunun məlumatında deyilir.

Paytaxt Abu Dabi də digər BƏƏ əmirliklərindən gələnlər üçün PCR test tələbini ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti