Bakı. Trend:
Rusiya qoşunları Ukraynada sükut rejimi elan edir.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.
"Martın 5-də Rusiya tərəfi sükut rejimi elan edir, Mariupol və Volnovaxa şəhərlərindən dinc sakinlərin çıxışı üçün humanitar dəhlizlər açılır", - nazirliyin məlumatında deyilir.