...

İkinci Antalya Diplomatiya Forumu işə başlayıb

Dünya xəbərləri Materials 11 Mart 2022 16:04 (UTC +04:00)
İkinci Antalya Diplomatiya Forumu işə başlayıb

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində ikinci Antalya Diplomatiya Forumu işə başlayıb.

Trend-in məlumatına görə, builki forumda 17 dövlət və hökumət başçısı, 80 nazir, 39 beynəlxalq təşkilat nümayəndəsi iştirak edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, forumun işində ümumilikdə 75 ölkədən nümayəndə yer alacaq.

Qeyd edək ki, ötən gün Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin münaqişə dövründə ilk görüşü keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti