...

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlmək niyyətindədirlər

Dünya xəbərləri Materials 14 Mart 2022 04:18 (UTC +04:00)
Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlmək niyyətindədirlər

Bakı. Trend:

Martın 14-də Aİ-nin Brüsseldəki Daimi Nümayəndələr Komitəsi (COREPER) Aİ-nin Rusiyaya qarşı dördüncü sanksiyalar paketini razılaşdıra bilər.

Trend-in məlumatına görə, bu barədə Fransanın Aİ Şurasındakı daimi nümayəndəliyinin "Twitter" səhifəsində deyilir.

Həmçinin qeyd edilir ki, martın 13-ü Avropa Komissiyası və Avropa Xarici Siyasət Xidməti Versal Sammiti nəticəsində və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hazırlanmış yeni sanksiyalara dair təkliflərini təqdim ediblər.

Təqdim edilən təkliflərin təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti