Bakı. Orxan Nəbiyev - Trend:
Hindistanda 12-14 yaşlı uşaqların koronavirus əleyhinə peyvəndlənməsi başlayıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Narendra Modi bildirib.
Onun sözlərinə görə, bugünədək Hindistanda əhaliyə 1,8 milyard doza vaksin vurulub. Eyni zamanda 90 milyon dozadan çox vaksin 15-17 yaşlı yeniyetmələr üçün istifadə olunub.
Bundan başqa, martın 16-dan başlayaraq 60 yaşdan yuxarı Hindistan vətəndaşları üçüncü doza vaksinlə peyvənd oluna bilər.
Qeyd edək ki, bugünədək Hindistan 43 milyona yaxın şəxs koronavirusa yoluxub, ölənlərin sayı 512 min nəfəri ötüb.