Ukrayna tərəfi əsirlərin mübadiləsinin baş tutduğunu bildirib

Dünya xəbərləri Materials 24 Mart 2022 20:15 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə ilk tam hüquqlu hərbi əsirlərin mübadiləsi baş tutub.

Trend-in məlumatına görə, bunu Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşük deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi 10 rus hərbçisini 10 öz hərbçisi ilə dəyişib.

Eyni zamanda, Rusiya tərəfi Ukrayna hərbçilərinin Odessa yaxınlığında batmlş gəmidən xilas etdiyi 11 mülki dənizçini də alıb.

"Mübadilə nəticəsində 19 ukraynalı mülki dənizçi "Sapphir"e xilasetmə gəmisindən vətənə qayıdır", - deyə baş nazirin müavini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti