...

Danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyəti İstanbula gəlib

Dünya xəbərləri Materials 29 Mart 2022 00:17 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə keçiriləcək Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsində iştirak edəcək Ukrayna nümayəndə heyəti İstanbula gəlib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verib.

Ukrayna nümayəndə heyətini daşıyan şəxsi təyyarə yerli vaxtla saat 22:00-da Atatürk Hava Limanında enib.

Ölkələr arasında danışıqların növbəti mərhələsi martın 29-da yerli vaxtla saat 10:30-da başlayacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti