...

ABŞ G20 sammitini boykot etmək niyyətində deyil - Ağ Ev

Dünya xəbərləri Materials 7 Aprel 2022 07:39 (UTC +04:00)
ABŞ G20 sammitini boykot etmək niyyətində deyil - Ağ Ev

Bakı. Trend:

ABŞ G20 sammitini boykot etmək niyyətində deyil.

Trend-in məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki jurnalistlər üçün mütəmadi brifinq zamanı deyib.

"Yeddi ay qalıb - bir ömür, amma bu, bizim boykot etmək və ya iştirak etməmək istəyimizin təzahürü deyildi. Söhbət ondan gedirdi ki, işlər həmişəki kimi görülməli deyil", - deyə C.Psaki maliyyə naziri Canet Yellenin İndoneziyada keçiriləcək G20 sammitində Rusiyanın qatılacağı bir sıra tədbirlərdə ABŞ-ın iştirak etməyəcəyi barədə açıqlamasını şərh edərkən deyib.

C.Yellen ABŞ-ın Rusiyanı sammitin iştirakçısı kimi görmək istəmədiyini də vurğulamışdı.

C.Psaki qeyd edib ki, daha sonra "C.Yellen bunun nazirlər səviyyəsində olduğunu izah edib".

Xatırladaq ki, martın 24-də ABŞ prezidenti Cozef Bayden jurnalistlərlə söhbəti zamanı Rusiyanı G20-dən xaric etməyə çağırıb. Onun sözlərinə görə, Rusiya Federasiyasının xaric edilməsi məsələsi artıq müzakirə olunub, lakin G20 ölkələrinin hamısı bununla razılaşmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti