...

Aİ Rusiyaya qarşı sanksiyaların beşinci paketini təsdiq edib

Dünya xəbərləri Materials 8 Aprel 2022 13:55 (UTC +04:00)
Aİ Rusiyaya qarşı sanksiyaların beşinci paketini təsdiq edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar Rusiyaya tətbiq olunan iqtisadi və fərdi sanksiyaların beşinci paketini təsdiq edib.

Trend-in məlumatına görə, bunu bu gün Avropa Şurası İttifaqı elan edib.

Sanksiyaların beşinci paketinə Rusiya gəmilərinin Aİ limanlarına daxil olması və Rusiyadan kömür tədarükünün qadağan olunması, Rusiyaya kvant kompüterlərinin, yarımkeçiricilərin, aviasiya yanacağının ixracının dayandırılması daxildir.

Bundan başqa, yeni sanksiyalara əsasən, Rusiyanın dörd aparıcı bankının aktivləri dondurulur və əməliyyatları qadağan edilir. Həmin banklarn adları açıqlanmayıb.

Eyni zamanda Rusiya və Belarus hüquqi şəxslərinə əskinasların və qiymətli kağızların satılması qadağan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti