...

Rusiyada defoltun olması zaman məsələsidir - Avropa Komissiyasının rəhbəri

Dünya xəbərləri Materials 17 Aprel 2022 16:17 (UTC +04:00)
Rusiyada defoltun olması zaman məsələsidir - Avropa Komissiyasının rəhbəri

Bakı. Trend:

Qərbin sanksiyaları getdikcə daha çox Rusiya iqtisadiyyatına zərbə vurur və defoltun olması zaman məsələsidir.

Trend xəbər verir ki, bunu "BILD am Sonntag" qəzetinə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

"Həftəbə həftə sanksiyalar Rusiya iqtisadiyyatına daha da çox ziyan vurur: Rusiyaya malların ixracı 70 faiz azalıb. Yüzlərlə iri şirkət və minlərlə mütəxəssis ölkəni tərk edib, Rusiyada ÜDM, cari proqnozlara görə, 11 faiz azalacaq. Rusiyada dövlətin iflası zaman məsələsidir", - deyə U. fon der Lyayen deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti