...

Fransa prokurorluğu "Nissan"ın keçmiş rəhbərini beynəlxalq axtarışa verib

Dünya xəbərləri Materials 22 Aprel 2022 11:01 (UTC +04:00)
Fransa prokurorluğu "Nissan"ın keçmiş rəhbərini beynəlxalq axtarışa verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prokurorluğu "Renault-Nissan-Mitsubishi" avtomobil konserninin keçmiş rəhbəri Karlos Qonun beynəlxalq axtarışını elan edib.

Trend-in məlumatına görə, o, "vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması"nda ittiham olunur.

Fransa mətbuatı bildirir ki, söhbət 15 milyon avroya yaxın vəsaitlə bağlı şübhəli əməliyyatlardan gedir.

Qeyd edək ki, Fransa, Braziliya və Livan vətəndaşlığı olan Karlos Qon 2018-ci ilin noyabrında Yaponiyada həbs olunmuşdu. O, 80 milyon dollardan çox məbləği maliyyə bəyannaməsindən gizlətməkdə təqsirli bilinmişdi.

2019-cu ilin aprelində ev həbsinə buraxılan "Nissan"ın sabiq rəhbəri Yaponiyanı qeyri-leqal şəkildə tərk edərək Livana qaçmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti