...

Fransada prezidentliyə namizədə qarşı cinayət işi açılıb

Dünya xəbərləri Materials 29 Aprel 2022 07:59 (UTC +04:00)
Fransada prezidentliyə namizədə qarşı cinayət işi açılıb

Bakı. Trend:

Fransanın Po şəhərinin prokurorluğu prezidentliyə namizəd Jan Lassalla qarşı cinayət işi açıb.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, buna səbəb siyasətçinin seçki məntəqəsindən yayımladığı videoda tərəfdarlarını ikinci turda səs verməməyə çağırması olub.

Müraciətində J. Lassal seçki kampaniyasının son 15 günü ərzində boş bülletenlə səs verməyin kifayət olmadığını və buna görə də risk edərək ölkədə yaranmış narahatedici vəziyyət haqqında bəyan etdiyini vurğulayıb.

Fransada səsvermə qanunvericiliyi seçki məntəqələrində siyasi bəyanatlar, debatlar və təşviqat aparmağı qadağan edir. Respublikanın Konstitusiya Şurası hesab edib ki, Lassal səsvermənin qərəzsizliyinə təsir göstərərək qadağanı pozub. Şura siyasətçinin səs verdiyi Lourgyos Isher kommunasında qeydə alınan 90 səsin hamısını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti