Bakı. Trend:
Somalidə hərbi konvoyun keçidi zamanı baş vermiş partlayış nəticəsində 10 hərbçi həlak olub.
Trend-in məlumatına görə, partlayış paytaxt Moqadişodan 40 kilometr məsafədə yerləşən Balad şəhərində törədilib.
Hadisə ilə əlaqədar məsuliyyəti "Əş-Şabab" terror təşkilatı öz üzərinə götürüb.
Qeyd olunur ki, ölkədə planlaşdırılan prezident seçkiləri ərəfəsində rəsmi şəxslərə qarşı hücmların sayı artıb.