...

Yeni Dehlidə 3 mərtəbəli binada baş verən yanğın nəticəsində 26 nəfər ölüb

Dünya xəbərləri Materials 13 May 2022 23:01 (UTC +04:00)
Yeni Dehlidə 3 mərtəbəli binada baş verən yanğın nəticəsində 26 nəfər ölüb

Bakı. Trend:

Hindistanın paytaxtı Yeni Dehli şəhərində üç mərtəbəli ofis binasında yanğın baş verib.

Trend "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 26 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, yanğın binanın birinci mərtəbəsində başlayıb, həmin zaman binanın daxilində 70 nəfər olub.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Qeyd edilir ki, binanın sahibi polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti