...

Şimali Koreyada son sutkada 167 mindən çox qızdırma halları qeydə alınıb

Dünya xəbərləri Materials 23 May 2022 08:49 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreyada son 24 saatda 167 mindən çox insan Pxenyanın “qızdırma” adlandırdığı xəstəliklə xəstələnib, bir nəfər infeksiyanın nəticələrindən dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Məlumata əsasən, ölənlərin ümumi sayı 68 nəfərə yüksəlib, ölüm göstərici isə 0,002 faiz təşkil edib.

Aprelin sonundan bazar günü axşam saatlarına qədər qızdarma hallarının sayı 2,81 milyonu keçib. Ümumi yoluxma sayından 2,3 milyon nəfər (82,9%) sağalıb, daha 479,4 min nəfər (17%) müalicə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti