Bakı. Trend:
Yaponiyanın "Subaru" avtomobil şirkəti iyunun 2-i və 3-də Qumma prefekturasında yerləşən üç zavodda istehsalın dayandırılacağını bildirib.
Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, qərar avtomobillərin tərkib hissələrinin çatışmazlığı ilə əlaqədar verilib.
Məlumata əsasən, çatışmazlıq Çində koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan sərt qapanmalara görə yaranıb.