...

Britaniyada meymunçiçəyinə yoluxma bir həftəyə 27 faiz artıb

Dünya xəbərləri Materials 21 İyun 2022 19:14 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son bir həftə ərzində Böyük Britaniyada 219 nəfər meymunçiçəyinə yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə agentliyi bildirib.

Qeyd olunur ki, bu müddət ərzində yoluxanların sayı 27 faiz artaraq 793 nəfərə çatıb. Yoluxanlardan yalnız beş nəfəri qadınlar olub.

Böyük Britaniya ərazisində ən çox yoluxma Londonda qeydə alınıb. Paytaxtda 498 nəfərdə meymunçiçəyi infeksiyası aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti