Bakı. Trend:
Tereza Meyin hökumətindəki keçmiş xarici işlər naziri Ceremi Hant, eləcə də Böyük Britaniya Səhiyyə Nazirliyinin rəhbəri Sacid Cavid baş nazirlik iddialarını açıqlayıblar.
Trend-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti xəbər verib.
"Mən Boris Consonun hökumətində işləməmiş yeganə əsas namizədəm. Mən digər əsas namizədlərdən çox əvvəl nəyini səhv getdiyini qeyd etdim və bəraət qazandırıla bilməyəni müdafiə etmədim", - deyə C.Hant bildirib.
Hazırda C.Hant İcmalar Palatasının üzvü olaraq qalır. Onun həmkarı Sacid Cavid, əksinə, hökumət böhranı başlamazdan əvvəl Boris Consonun kabinetində çalışıb.
"Mən Mühafizəkarlar Partiyasının lideri və böyük ölkəmizin baş naziri vəzifəsinə öz namizədliyimi irəli sürəcəyəm. Düşünürəm ki, son bir neçə ildə hər şeydən bir az etməyə çalışaraq, biz azca yolumuzdan çıxdıq", - deyə S.Cavid qeyd edib.