Bakı. Trend:
İraq və Səudiyyə Ərəbistanı enerji şəbəkələrinin birləşdirilməsinə dair saziş imzalayıb.
Trend-in məlumatına görə, bu barədə "Asharq AL-Awsat" qəzeti yazıb.
Məlumata əsasən, həmin şaziş 1000 meqavat gücündə, 400 kilovolt gərginlikli və təxminən 435 km uzunluğunda elektrik verilişi xəttinin tikintisini nəzərdə tutur.
Bundan əlavə, İraq hakimiyyəti Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Elektrik Şəbəkələrinin Birləşdirilməsi İdarəsi ilə saziş imzalayıb. Bu sənədin şərtlərinə əsasən, Küveyt iki il ərzində 500-dən 1800 meqavat gücündə yüksək gərginlikli xətt çəkəcək və bu xətt Əl Küveyt və İraqın cənubundakı Fav şəhəri elektrik stansiyaları arasında gedəcək.