Bakı. Trend:
Rusiyada son sutka ərzində 12 248 nəfər koronavirusa yoluxub ki, bu da aprelin 10-dan bəri qeydə alınan ən yüksək göstərici olub.
Trend-in məlumatına görə, ötən gün 11 422 yoluxma qeydə alınmışdı.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,58 milyon nəfəri keçib.
Eyni zamanda son sutkada 43 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 39 nəfərə bərabər idi.
Rusiyada bu günədək koronavirusdan 382 395 nəfər vəfat edib.