Bakı. Trend:
"Nissan" avtomobil şirkətinin Sankt-Peterburq şəhərindəki zavodu fəaliyyətini bu ilin sonunadək bərpa etməyəcəyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, şirkətin istehsal üçün zəruri komponentlərin logistikası ilə bağlı çətinlikləri davam edir.
Xatırladaq ki, "Nissan" Sankt-Peterburqdakı zavodun fəaliyyətini bu ilin mart ayında dayandırdığını elan etmişdi.