...

Rusiya G20 ölkələrinin Sammitində iştirak edəcək

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 06:05 (UTC +04:00)
Rusiya G20 ölkələrinin Sammitində iştirak edəcək

Bakı. Trend:

Rusiya “Böyük iyirmilik” ölkələrinin İndoneziyada keçiriləcək Sammitində iştirak edəcək.

Trend xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O deyib ki, Rusiyanın Sammitdə iştirak formatı hələlik dəqiqləşdirilməyib.

“Böyük iyirmilik” ölkələrinin 17-ci Sammiti bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti