Bakı. Trend:
Hakerlər ABŞ-ın ən böyük hava limanlarından bəzilərinin informasiya sistemlərinə kiberhücumlar həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "ABC News" xəbər verib.
Məlumata əsasən, ilk hücumlar yerli vaxtla səhər saat 3:00 radələrində Nyu-Yorkun La-Quardya hava limanında qeydə alınıb. Daha sonra mütəxəssislər Çikaqodakı Los-Anceles Beynəlxalq Hava Limanı və O'Hara Beynəlxalq Hava Limanının saytlarının işində nasazlıqları qeyd ediblər.
Hücumlar nəticəsində hava limanında sıxlıq və gözləmə vaxtını bildirən saytlara girişi dayandırılıb.