Bakı. Trend:
Cənubi Koreya hakimiyyəti Seulun mərkəzindəki İthevon küçəsində Hellouinin şənliyi zamanı baş verən izdihamda ən azı 149 nəfərin öldüyünü, ən azı 150 nəfərin yaralandığını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "YTN" televiziya kanalı Seul Xilasetmə Xidmətinin nümayəndəsinə istinadən bildirib.
“İki əcnəbi ölüb, 15-i yaralanıb", - deyə bildirilib. “İki əcnəbi ölüb, 15-i yaralanıb. Onların vətəndaşlığı barədə məlumat verilməyib.
Bundan əvvəl agentlik fövqəladə xidmətlərə istinadən ən azı 146 nəfərin öldüyü və 150 nəfərin yaralandığı barədə məlumat vermişdi.