Bakı. Trend:
Cənubi Koreyanın hakimiyyət orqanları Seulda Hellouin şənliyi zamanı şəhərin mərkəzindəki İthevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "News-1" agentliyi təcili yardım xidmətlərinə istinadən xəbər verib.
Məlumata əsasən, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır.
Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilib.