...

Norveç ordusunun döyüş hazırlığı səviyyəsi yüksəldilir

Dünya xəbərləri Materials 31 Oktyabr 2022 17:42 (UTC +04:00)
Norveç ordusunun döyüş hazırlığı səviyyəsi yüksəldilir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Norveç silahlı qüvvələri noyabrın 1-dən etibarən qoşunların döyüş hazırlığı səviyyəsini yüksəldəcək.

Trend-in məlumatına görə, bunu bu gün ölkənin baş naziri Yonas Qar Störe deyib.

O bildirib ki, bu qərar Avropada son onilliklər ərzində formalaşmış ən gərgin vəziyyətlə əlaqədardır.

Baş nazir bildirib ki, hazırkı vəziyyətdə Norveçə qarşı birbaşa hərbi əməliyyatlar təhdidi olmasa da, ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi zərurəti yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti