...

Yeni Zelandiyada 5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 24 Noyabr 2022 03:45 (UTC +04:00)
Yeni Zelandiyada 5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit okeanın cənubunda Yeni Zelandiyanın Kermadec arxipelaqı sahillərində cümə axşamı 5 bal gücündə silsilə yeraltı təkanlar qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosundan bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri Oklend şəhərindən 800 kilometr şimal-şərqdə, ocağı isə 54 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti