...

ABŞ Konqresinin profil komitələri 858 milyard dollarlıq müdafiə büdcəsi layihəsini razılaşdırıblar

Dünya xəbərləri Materials 7 Dekabr 2022 08:26 (UTC +04:00)
ABŞ Konqresinin profil komitələri 858 milyard dollarlıq müdafiə büdcəsi layihəsini razılaşdırıblar

Bakı. Trend:

ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr İşləri üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü komitələrin birgə yazılı bəyanatında deyilir.

Bundan əvvəl Konqresdə Nümayəndələr Palatası və Senat tərəfindən hazırlanan fərqli müdafiə büdcəsi layihələrinin təfərrüatlarını razılaşdırmaq üçün hər iki palatadan nümayəndələrdən ibarət komitə yaradılmışdı. İndi konqresmenlər və senatorlar razılaşdırılmış sənədə səs verməli olacaqlar.

Onun bu həftə Nümayəndələr Palatasında, ardınca isə Senatda səsverməyə çıxarılacağı gözlənilir. Yekun büdcə layihəsi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti