Bakı. Trend:
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında korrupsiya məsələsi ilə bağlı Avropa Parlamentində (AP) axtarışlar aparılıb.
Trend xəbər verir ki, bu barədə Belçikanın "Le Soir" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, polis axtarışlar zamanı 1,58 milyon avro nağd pul müsadirə edib.