...

Tanınmış aktyor dünyasını dəyişdi

Dünya xəbərləri Materials 24 Dekabr 2022 10:04 (UTC +04:00)

Bakı. Trend:

Britaniyalı tanınmış aktyor Ronan Vaybert 59 yaşında dünyasını dəyişib.

Trend “Deadline” nəşrinə istinadən xəbər verir ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən aktyorun hansı xəstəlikdən vəfat etdiyi açıqlanmır. Vaybertin dəfn mərasimində yalnız ailə üzvlərinin iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, 73-dən çox kino və televiziya filmində yer alan Vaybert “Lara Kroft: Məzar oğrusu 2”, “Pianoçu”, “Mister Benksi xilas et” filmləri, “Qorxulu nağıllar”, “Roma”, “Karnival Rou” kimi serialları ilə məşhurdur. O, Ancelina Coli, Tom Henks, Emma Tampson kimi məşhurlarla tərəf müqabili olub.

Xəbər lenti

Xəbər lenti