Bakı. Trend:
Serbiyada ammonyakla dolu bir neçə vaqon aşıb.
Trend xəbər verir ki, bu barədə bazar günü ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, dəmir yolunun Sopotski-Xan qəsəbəsinə yaxın olan Pirot-Staniçenye hissəsində ammonyakla dolu bir neçə vaqon aşıb. Hüquq-mühafizə orqanları hadisə yerinə yaxın yaşayan vətəndaşlardan evdən çıxmamağı xahiş edib.
Pirot-Bela-Palanka istiqamətində avtomobillərin hərəkəti dayandırılıb, sürücülərə başqa yoldan istifadə etmək tövsiyə olunub. Qəza ammonyak sızması ilə nəticələnib. Həmin ərazidə yollarda görüntü zəifdir.
Hadisə yerində polis, xilasedicilər və yanğınsöndürən briqadası işləyir.